Aİ və 9 ölkə Myanmadakı humanitar vəziyyətə dair bəyanat yayıblar

Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları ilə yanaşı 8 ölkə hərbi idarəçilik altındakı Myanmadakı insan haqları və humanitar vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirib.

Aİ, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İsveçrə, Şərqi Timor və İngiltərə Myanmadakı humanitar vəziyyətə dair birgə bəyanat yayınlayıb.
SİA-nın məlumatına görə, bəyanatda ölkədəki insan haqları və humanitar böhranın getdikcə daha da pisləşdiyinə görə dərin narahatlıq ifadə olunub.

Hərbi çevrilişlə hakimiyyətə gələn idarənin Myanma xalqına qarşı zorakı təzyiqlərinin qəbuledilməz olduğu vurğulanıb. Myanma ordusunun gərginliyi artırdığına diqqət çəkilib və "Arakan ştatındakı toqquşmaların şiddətlənməsi və arakanlı müsəlmanlar daxil olmaqla buradakı bütün icmaların çəkdiyi əzablar son dərəcə narahatedicidir" ifadəsinə yer verilib. Əsassız olaraq həbs edilən bütün məhbusların azadlığa buraxılması tələb edilib və "Arakanlı müsəlmanların qarşılaşdığı ayrı-seçkilik və qəddar rəftarın Myanmadakı böhrana siyasi həllin bir hissəsi olmalı olduğunu vurğulayırıq" deyə bildirilib. Həmçinin, buradakı vəziyyətə dinc həll tapılması və hərtərəfli demokratiya yoluna qayıdılması üçün "səmimi, konstruktiv və əhatəli dialoq" çağırışı edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə