"Meymun çiçəyi" ilə bağlı daha bir XƏBƏRDARLIQ!

"Meymun çiçəyi" virusunun (mpox) yeni variantı ilk dəfə Fransanın Brittani bölgəsində görülüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyindən verilən açıqlamada virusun yeni variantının ölkənin şimal-qərbindəki Brittany bölgəsində aşkar edildiyi bildirilib.

Açıqlamada xəstənin Afrikadan olan iki nəfərlə təmasda olduğu, virusun mənbəyi və ötürülmə üsulunun araşdırıldığı bildirilib. Aşkar edilən yeni variantın daha təhlükəli və daha yoluxucu olduğu bildirilir. "Mpox" virusu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 14 avqust 2024-cü ildə "beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyət" elan edilib. Virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə