İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 31 fələstinlinin ölməsi nəticəsində ümumi can itkisi 45 min 885-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 459 gündür ki, davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 3 hücumda 31 fələstinlinin həyatını itirdiyi, 57 fələstinlinin isə yaralandığı bildirilib. Hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri ümumi can itkisinin 45 min 885-ə, yaralıların sayının isə 109 min 196-ya yüksəldiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə