Ukrayna daha bir il müharibədən sağ çıxa bilməyəcək..?

“The Washington Post” qəzeti Ukraynadakı münaqişənin kritik anından xəbər verib

...Ukrayna daha bir il davam edən hərbi əməliyyatların öhdəsindən gələ bilməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The Washington Post” yazır ki, münaqişənin kritik anı artıq keçib və Kiyev ciddi itkilər verməkdə davam edir.

...Ukrayna çətin ki, bu dağıdıcı müharibəyə daha bir il dözə bilsin.

Rus saytlarının yazdığına görə, məqalədə belə deyilir.

Jurnalistlər ölkənin ərazilərini, hərbi personalını və qiymətli vaxtını itirdiyini vurğulayırlar.

Onların fikrincə, növbəti həftələr Ukraynanın suveren dövlət kimi gələcəyi üçün həlledici olacaq.

Nəşr həmçinin ABŞ-ın Ukraynaya dəstəyinin mümkün azalmasına da işarə edir.

Deyilənlərə görə, prezident Vladimir Zelenski bu yaxınlarda yanvarın 25-də başlaya biləcək sülh danışıqlarına hazır olduğunu açıqlayıb. Lakin o, Rusiya ilə dialoqa başlamazdan əvvəl ilk növbədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla vəziyyəti müzakirə etmək niyyətindədir.

Ekspertlər, o cümlədən professor Qlenn Dizen qeyd edir ki, Zelenskinin güzəştə getmək istəməməsi səbəbindən vəziyyət daha da pisləşir.

Rusiya prezidenti Vladimir Putin danışıqların yalnız legitim hökumət rəsmiləri ilə mümkün olduğunu vurğulayır ki, bu da Kiyevdəki mövcud siyasi vəziyyəti şübhə altına alır.

Yeri gəlmişkən, bu arada Tramp Baydeni hakimiyyətin ötürülməsini çətinləşdirməkdə günahlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə