Makron Maskı Avropa siyasətinə qarışmaqda ittiham edib

Avropa liderləri milyarder İlon Maskı Aİ ölkələrinin siyasətinə müdaxilə etdiyinə görə tənqid etməkdə davam edirlər. İlon Mask isə bir neçə Avropa ölkəsinin siyasətinə müdaxilə etməyə çalışır və beynəlxalq mürtəce hərəkatı dəstəkləyir. SİA Politico-ya istinadən xəbər verir ki, bunu bazar ertəsi, yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron bəyan edib.

"On il bundan əvvəl kim təsəvvür edə bilərdi ki, bizə dünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibinin yeni beynəlxalq mürtəce hərəkatı dəstəkləyəcəyini və seçkilərə, xüsusən də Almaniyada birbaşa müdaxilə edəcəyini söyləsəydilər", - Fransa lideri Yelisey sarayında çıxışı zamanı deyib.

Nəşr xatırladıb ki, Makron və Mask arasında kifayət qədər isti münasibət var. Milyarder 2024-cü ilin dekabrında Parisdə Notr-Dam kilsəsinin açılışında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qatılıb və ötən həftə siklonun vurduğu Fransa ərazisinə 100 Starlink terminalı bağışlayıb.

Bundan əlavə, Makron Mask və Trampı fevralda keçiriləcək süni intellekt sammitinə Parisə dəvət edib. Həmçinin Fransa prezidenti dəfələrlə ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etmək istədiyini bildirib.

Amerikalı milyarder İlon Mask özünün X sosial şəbəkəsində Britaniyanın Reform UK partiyasının lideri Naycel Farajı tənqid edib. Xüsusilə Mask yazıb ki, Reform UK-nin “yeni liderə ehtiyacı var”, Farage isə “lazımi bacarıqlara malik deyil”.

Əvvəllər Mask Almaniyada koalisiyanın dağılmasından sonra Şolzu “axmaq” adlandırmışdı. Bundan əlavə, iş adamı təklif edib ki, görünür, yalnız AfD Almaniyanın üzləşdiyi problemləri həll etməyə qadirdir. Bu bəyanatlar Almaniyada 2025-ci ilin fevralına təyin edilmiş parlament seçkilərinə hazırlıq fonunda verilib.

V.VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə