Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti bildirib. Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Çin Mərkəzi Televiziyasının məlumatına görə, zəlzələ dağıntılara və insan tələfatına səbəb olub. Bildirilib ki, təbii fəlakət nəticəsində azı 9 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə