Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan “Roketsan”ın proqram təminatı mühəndisi Yusif Serdar Yücel intihar edib. SİA xəbər verir ki, bu barədə “İhlas Haber Ajansı” məlumat yayıb.
Bildirilib ki, Yüceldən bir müddətdir xəbər ala bilməyən dostları ailəsinə və polisə məlumat verib. Yaşadığı mənzilin qapısı polis nəzarəti altında çilingər tərəfindən açılıb və təcili tibbi yardım xidmətinin həkimləri Yücelin öldüyünü müəyyən edib. İlkin məlumata görə, o, kimyəvi məhlul içərək intihar edib. Hadisə ilə bağlı istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə