Suriyanın yeni hakimiyyəti Kürdüstan Fəhlə Partiyasının nümayəndələri ilə danışıqlar aparıb və onlardan silahlarını yerə qoymağı tələb edib.
SİA xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Kürdüstan Fəhlə Partiyası silahı təhvil vermək müqabilində Suriya ordusunda diviziya və ya korpus almaq istəyir və guya Ərəb Respublikasının şimalındakı neft yataqlarını 50-yə 50-yə bölməyi təklif edib.
Suriyanın yeni hakimiyyət orqanları Kürdüstan Fəhlə Partiyasının qeyd-şərtsiz silahı yerə qoymasını şərt qoyaraq, bu məsələni heç müzakirə etməyib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd döyüşçüləri seçim qarşısında qoymuşdu.
O bildirib ki, Suriyadakı kürd döyüşçülər ya silahlarını yerə qoyacaqlar, ya da dəfn olunacaqlar.
O əlavə edib ki, Türkiyənin qəbul etdiyi suriyalı qaçqınların bir qismi geri qayıtmağa başlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə