ABŞ-ın bir sıra əyalətlərdə fövqəladə vəziyyət elan edilib

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) məlumatına görə...

Amerikanın Kentaki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, şiddətli yağış və ildırım fırtınaları səbəbindən fövqəladə vəziyyət elan edilib. Fırtına ehtimalı səbəbilə 30 ştatda "həyəcan vəziyyəti" elan olunub və insanlara evdə qalmağı tövsiyə edilib. ABŞ üzrə təxminən 1500 uçuş və bəzi qatar reysləri ləğv edilib, 2000-dən çox uçuş isə təxirə salınıb.

SİA-nın məlumatına görə, Kentaki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında fövqəladə vəziyyət elan edilərkən ağır qış şəraitinin ölkə üzrə 62 milyon insana təsir göstərəcəyi proqnozlaşdırılır.

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) məlumatına görə, adıçəkilən bölgələrdə son 10 ilin ən şiddətli qar yağışı gözlənilir.

Bazar ertəsi səhər saat 7-dən etibarən (Bakı vaxtilə saat 16:00) 1300-dən çox daxili və xarici uçuş ləğv edilib. Ötən gün baş vermiş qasırğa səbəbindən ləğv olunmuş uçuşların sayı 1800-dən çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə