Castin Trudeau istefa qərarını açıqlayıb

...Ottavada keçirdiyi mətbuat konfransında o, hakim Liberal Partiyasının rəhbəri postunu tərk etdiyini, yeni lider seçilən kimi baş nazir postunu tərk edəcəyini bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, CTV telekanalının məlumatına görə, siyasətçi artıq ştatın general-qubernatoru Meri Saymondan parlamentin işini martın 24-dək dayandırmağı xahiş edib.

Bu, müxalifət partiyalarının yanvarın sonuna planlaşdırdıqları baş nazirə etimad səsverməsini keçirə bilməmələri üçün lazımdır.

Xatırladaq ki, Trüdo 10 ilə yaxın baş nazir vəzifəsində çalışıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə