Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna mövcud reallıqlar əsasında münaqişəni həll edərkən ərazi məsələlərini müzakirə etməlidir.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Fransa lideri səfirlər və Fransa Xarici İşlər Nazirliyinin digər əməkdaşları ilə görüşündə onlara ölkənin beynəlxalq siyasətinin əsaslarını izah edərkən deyib.
Makron ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın münaqişənin tez həlli ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsinə şübhə ilə yanaşdığını bildirib.
O, xəbərdarlıq edib ki, hazırkı vəziyyətdə Ukrayna ilə bağlı “tez və sadə” həll yolu olmayacaq.
Eyni zamanda, Fransa prezidenti əmindir ki, Birləşmiş Ştatlar “vəziyyətin mahiyyətini dəyişməyə kömək etməli və Rusiyanı danışıqlar masası arxasına oturmağa inandırmalıdır”. Avropalılar Ukrayna üçün təhlükəsizlik zəmanətləri yaratmalı olacaqlar ki, bu da onların “əsas məsuliyyətinə” çevriləcək.
...Ukrayna ərazi məsələləri ilə bağlı real müzakirələr aparmalı olacaq. Ukrayna münaqişənin həlli üçün bu məsələləri təkbaşına müzakirə edə bilər.
Bunu da Makron əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə