Qəzzada 7 körpə donaraq ölüb

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım Agentliyi İsrailin soyqırımını davam etdirdiyi Qəzza zolağında soyuq hava şəraiti səbəbi ilə donaraq ölən körpələrin sayının 7-yə yüksəldiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Agentliyin X hesabında edilən açıqlamada, İsrailin hücumları altında Qəzzada yeni doğulan uşaqların ölümünə soyuq hava və sığınacaq çatışmazlığının səbəb olduğu bildirilib.

Açıqlamada Qəzzada 7700 körpənin həyatını xilas etmək üçün lazım olan qayğıdan məhrum olduğu və bu günə qədər ən az 7 körpənin soyuqdan donaraq öldüyü bildirilib. Açıqlamada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsrail ordusunun hücumlarını pislədiyi qeyd edilib və Kamal Advan Xəstəxanasına 50 hücum təşkil etdiyinin təsdiqləndiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə