Kanadanın baş naziri Castin Trüdo Liberal Partiyasının liderliyindən istefa verəcək. SİA-nın məlumatına görə, bu barədə Kanada mediası yazıb. Trüdonun dərhal gedəcəyi, yoxsa yeni lider seçilənə qədər Baş nazir vəzifəsində qalacağı hələlik məlum deyil. O, 2013-cü ildə partiyanın dərin problem içində olduğu və ilk dəfə parlamentin aşağı palatası olan İcmalar Palatasında üçüncü yerə düşdüyü vaxtda Liberal Partiyasının lider vəzifəsini tutub.
Keçirilən sorğuya əsasən oktyabrın sonuna qədər keçirilməsi planlaşdırılan seçkidə liberallar mühafizəkarlara böyük fərqlə uduzacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə