Ötən il Almaniyada ifrat sağ motivli cinayətlər rekord sayda olub

Ötən il Almaniyada ifrat sağçılar tərəfindən törədilən cinayətlərin sayı ən yüksək həddə çatıb. Bu cinayətlər əsasən təbliğat, təhrik, zorakılıq və digər hallarla bağlı olub. SİA yerli mediaya istinadla xəbər verir ki, polis 2024-cü il noyabrın 30-dək olan müddətdə ifrat sağçılar tərəfindən törədilmiş siyasi motivli 33 min 963 fakt qeydə alıb. Yekun hesabat bu ilin mayında Federal Kriminial Polis İdarəsi (BKA) tərəfindən təqdim ediləcəyi üçün dekabrda törədilən cinayətlər də əlavə edildikdə ümumi rəqəmin daha çox olacağı gözlənilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə qeydə alınmış 34 minə yaxın faktdan 1136-sı zorakılıq xarakterli cinayətlər olub. Qeyd edək ki, BKA 2023-cü ildə ifrat sağ motivli 28 min 945 cinayət hadisəsi qeydə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə