İşlədiyi yerdə 15 metr yüksəklikdən yerə yıxıldı

İşlədiyi tikintidə 15 metr hündürlükdən yerə yıxılan işçi yaralanıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Malatya bölgəsində baş verib. Əldə edilən məlumata görə, tikintidə qəlib ustası kimi işləyən N.S. (24 yaş) adlı şəxs ayağının sürüşməsi nəticəsində təxminən 15 metr yüksəklikdən yerə yıxılıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Hadisə nəticəsində N.S. yaralanıb və yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə