Rusiyalı boksçu müharibədə öldürülüb...

...Bu yaxınlarda boks üzrə idman ustalığına namizəd, rusiyalı Vladislav Yurkeviçin Ukraynadakı müharibə zamanı öldürüldüyü məlum olub.

SİA xəbər verir ki, bu barədə “Ukrayna idman bazası” Telegram kanalı Rusiya təbliğat mediasına istinadən məlumat yayıb.

Məlumdur ki, İrkutskdan olan 22 yaşlı gənc döyüşə getməzdən əvvəl Sibirdə ən yaxşı səkkiz boksçudan biri olub. Yurkeviç 12 yaşından boksla məşğul olub, gənclər arasında İrkutsk vilayətinin birinciliyini, Rusiya Tələbə İdman İttifaqının regional çempionatının qalibi olub, həmçinin yeniyetmələr arasında Rusiya Federasiyası və İrkutsk vilayətinin çempionatında gümüş medal qazanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə