Dnestryanı bölgədə su təchizatında fasilələr başlayıb

Dnestryanı kvazi respublikada elektrik enerjisinin kəsilməsi səbəbindən bəzi ərazilərdə su təchizatında problemlər yaranıb.

SİA xəbər verir ki, bu barədə NewsMaker məlumat yayıb.

Nəşr qeyd edir ki, yanvarın 4-də mətbuatda Tiraspolun bəzi ərazilərinin susuz qalması barədə məlumat yayılıb, yanvarın 5-də isə hakimiyyət Benderi və Tiraspolda çoxmərtəbəli binaların yuxarı mərtəbələrinin susuz qala biləcəyini bəyan edib.

...“Dnestryanı bölgənin lideri” Vadim Krasnoselski də fövqəladə elektrik kəsilməsi barədə məlumat verib və bunu şəbəkədəki yük artımı ilə izah edib.

...Şəbəkəni qorumaq və qəzaların qarşısını almaq üçün energetiklər əlavə ünvanların enerjisini kəsməyə məcburdurlar, - deyə o qeyd edib və əlavə edib ki, son 24 saat ərzində fövqəladə qəzalar 4,8 mindən çox insana təsir edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə