Qəzzanın şimalındakı dövlət xəstəxanaları fəaliyyətini dayandırıb

İsrailin soyqırımını davam etdirdiyi Qəzza zolağının şimalında xəstə və yaralılara xidmət göstərə biləcək xəstəxana qalmayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada şəhərin şimalında yerləşən Endoneziya Xəstəxanasının fəaliyyətini dayandırdığı, artıq xəstə və yaralılara xidmət göstərmədiyi bildirilib. Açıqlamada Qəzzanın şimalında Kamal Advan, Beyt Hanun və Endoneziya olmaqla üç dövlət xəstəxanasının olduğu, lakin hamısının İsrail tərəfindən fəaliyyətdən çıxarılaraq dağıdıldığı vurğulanıb.

Səhiyyə hüququnun bütün qanun və müqavilələrlə təminat altına alınmış bir hüquq olduğuna diqqət çəkilən açıqlamada beynəlxalq tərəflərə müraciət edilərək ölümə məhkum edilmiş uşaqlar, hamilə qadınlar, xəstələr və yaralılar da daxil olmaqla minlərlə fələstinlinin əlindən alınmış bu hüququn yenidən təmin olunması üçün İsrailə təzyiq göstərilməsi tələb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə