Burkina-Fasoda ordu yenidən qurulur. SİA xəbər verir ki, bu barədə keçid dövrünün prezidenti İbrahim Traore bildirib.
Dövlət başçısı bildirib ki, 2025-ci ildə 5 yeni çevik müdaxilə batalyonu yaradılacaq. Bununla da belə batalyonların sayı 28-ə çatdırılacaq.
Hökumətdəki mənbələrin məlumatına görə, keçid dövrü rəhbərliyi ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün təhdidlərin qarşısını almaq üçün ordunu müasirləşdirir. Müstəqillik əldə etdikdən sonra fransız modeli əsasında qurulmuş ordu indi yeni sistemlə təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə