...Bir daha xatırladaq ki, 2024-cü il dekabrın 25-də Rusiyanın hava hücumundan müdafiəsi Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsini vurub.
Vladimir Putin bu hadisəyə görə İlham Əliyevdən bir neçə dəfə üzr istəsə də, amma Rusiya təbliğatı tamam başqa mövqedədir.
Belə ki, Kremlin əlaltıları, deyəsən, Qazaxıstanda baş verən təyyarə qəzasının nəticələrindən heç də peşman deyillər.
Guya bu elə belə də olmalıdır..?
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı müxalifətçi jurnalist İqor Yakovenko “Kanal 24”-ə bildirib ki, bu cür ritorika Rusiyanın ciddi səhv hesablanmasıdır.
O, vurğulayıb ki, Azərbaycan Rusiya mətbuatının sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciə ilə bağlı nəzakətsiz bəyanatlarını açıq şəkildə izləyir.
...Əliyevin Putinə qarşı çox sərt tonu onların Rusiyada özlərinə icazə verdikləri tamamilə alçaq davranışlarla əlaqələndirilir. Bu, Kreml diktatoru üçün çox baha başa gələ bilər, çünki Azərbaycan belə şeyləri bağışlamır.
Bunu bəyan edən rusiyalı yurnalistə görə, Əliyev indi özünü güclü hiss edir, çünki onun arxasında Türkiyə var. Azərbaycan lideri başa düşür ki, Putinlə mübahisə etmək çox sərfəli deyil, ona görə də Putinə təzyiq edəcək.
Etiraf edilməlidir ki, hazırda Kremlin Əliyevə təsir rıçaqları yoxdur, amma Bakı belə bir rıçaqa sahibdir.
...Jurnalistin ehtimalına görə, Azərbaycan Rusiya ərazisindən neft nəqlindən tamamilə imtina edə bilər.
...Rusiya liderlərinin kobudluğu ucbatından Putin nəhayət Qafqazı itirə bilər. Bu, tarixi faktdır.
Bunu da İqor Yakovenko əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə