...ABŞ prezidenti Cozef Bayden yanvarın 4-də Birləşmiş Ştatların tərəqqisinə, dəyərlərinə və ya təhlükəsizliyinə və dünya sülhünə verdiyi töhfələrə görə 19 görkəmli şəxsə mükafatlar təqdim edəcək.
SİA xəbər verir ki, bu barədə Ağ Evin saytı məlumat yayıb. Prezidentin Azadlıq medalına layiq görülənlər arasında milyarder Corc Soros, modelyer Ralf Lauren, futbolçu Lionel Messi, musiqiçi Bono, aktyor Denzel Vaşinqton və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton var.
Qeyd edilməlidir ki, Prezidentin Azadlıq Medalı ABŞ-da ən yüksək mülki mükafatdır.
...Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Truth sosial şəbəkəsində onun inauqurasiya mərasiminin ilk dəfə bayraqlar yarıya endirilmiş halda keçirilə biləcəyini açıqlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə