25 etirazçı Gürcüstandan deportasiya edilib

...Gürcüstan ötən ilin noyabr-dekabr aylarında Tbilisidə küçə etirazlarında iştirak edən 25 əcnəbini deportasiya edib.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq on nəfər ölkəni tərk edib.

Gürcüstan Miqrasiya Departamentinin diqqətinə çatdırılan şəxslərin vətəndaşlığı açıqlanmır.

Onların hamısına inzibati cərimə də verilib. Ümumilikdə, 2024-cü ilin son iki ayı ərzində Gürcüstan Rusiya vətəndaşları da daxil olmaqla 91 əcnəbini ölkədən çıxarıb.

Daxili İşlər Nazirliyi bəzi şəxslərin ölkəni könüllü tərk etdiyini, bəzilərinin isə məcburi şəkildə deportasiya edildiyini bildirib.

Ötən ilin nəticələrinə görə, Gürcüstandan 430 əcnəbi vətəndaş çıxarılıb ki, bu da 2023-cü illə müqayisədə 126 faiz çoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə