Çili prezidenti Cənub qütbünə səfər edən ilk Latın Amerikası lideri olub
Çili prezidenti Qabriel Boric Antarktidaya səyahət edərək Cənub Qütbünə səfər edən ilk Latın Amerikası lideri olub. SİA xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"“Qütb Ulduzu III” əməliyyatı vəzifədə olan Latın Amerikası prezidentinin Cənub Qütbünə ilk səfəridir. Səfər “Glaciar Union” müştərək qütb stansiyasına və ABŞ-nin Antarktidada yerləşən “Amundsen-Skott” stansiyasına səfəri əhatə edir”, - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə