İtaliya polisi tərəfindən 2024-cü il ərzində ölkədəki dəmir yolu stansiyalarında 4 milyon 340 mindən çox insan yoxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlardan 1147-si həbs olunub və bu göstərici 2023-cü ilə nisbətdə 24 faiz çoxdur. Həmçinin, 11 min 440 nəfər barəsində araşdırma aparılıb ki, bu da 2023-cü illə müqayisədə 20 faiz çoxdur.
İl ərzində qatarlarda 32 min 199 polis xidmət aparıb. Həm stansiyalarda, həm də vaqonlarda mülki geyimdə cibgirliyə qarşı 10 min 432 əməliyyat aparılıb. Yoxlamalar zamanı 253 silah və 50 kiloqramdan artıq narkotik vasitə götürülüb, 8437-dən çox cərimə tətbiq olunub.
Qeyri-qanuni immiqrasiya ilə mübarizə məqsədilə sərhəd stansiyalarında və sərhədyanı sərnişin qatarlarında ümumilikdə 19 min 204 nəfər yoxlanılıb, nəticədə 739 qeyri-qanuni əcnəbi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə