Türkiyədəki “Göbəkli-Təpə” kompleksini 710 minə yaxın turist ziyarət edib
Türkiyənin Şanlıurfa vilayətindəki “Göbəkli-Təpə məbədi kompleksini 2024-cü ildə 709 min 643 yerli və xarici turist ziyarət edib. SİA Türkiyə Turist Bələdçiləri Palataları İttifaqına istinadla xəbər verir ki, bu il dünyanın ən qədim tikililərdən birini ziyarət edənlərin sayının 1 milyon 500 nəfərə çatdırılması planlaşdırılır.
12 min illik meqalitlərə diqqəti artırmaq üçün çoxsaylı beynəlxalq sərgi tədbirlərində “Göbəkli-Təpəyə” həsr olunmuş stendlər açılacaq.
Proqram Türkiyənin Mədəniyyət Nazirliyi və Prezident Administrasiyası tərəfindən fəal şəkildə dəstəklənir.
Qeyd edək ki, 2018-ci ilin iyul ayında türkcə “Qarınlı təpə” mənasını verən “Göbəkli-Təpə” kompleksi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib, 2019-cu ilin martında isə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə onun rəsmi açılışı olub.
Dövlət başçısının qərarı ilə 2019-cu il Türkiyədə “Göbəkli-Təpə İli” elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə