Yeni il gecəsi Tbilisidə 33 nəfər pirotexnik vasitələrdən xəsarət alıb

Tbilisidə Yeni il gecəsi Təcili Tibbi Yardım Xidmətinə pirotexniki vasitələrdən ehtiyatsızlıqdan istifadə nəticəsində xəsarətlərlə bağlı 33 müraciət daxil olub, 20 nəfər xəstəxanaya yerləşdirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi məlumat yayıb. Bildirilir ki, Gürcüstanın digər şəhərlərində isə, ümumilikdə, 25 belə məlumat daxil olub, 20 vətəndaş xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Tbilisidə spirtli içkidən sərxoşluqla bağlı 208 çağırış qeydə alınıb və 64 nəfər xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə