Sorğuda iştirak edən fransızların 60 faizdən çoxu prezident Emmanuel Makronun istefasını dəstəkləyir.
SİA xəbər verir ki, bu barədə “Le Figaro” qəzetinin sifarişi ilə Odoxa-Backbone sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Respondentlərin 61 faizi hazırkı dövlət başçısının istefasını istəyir. Nəşrin qeyd etdiyi kimi, bu rəqəm 2024-cü ilin sentyabrından bəri 7 faiz artıb.
Bundan əlavə, respondentlərin 62 faizi Makronun prezidentliyini avtoritar kimi xarakterizə edir. Sorğu iştirakçılarının əksəriyyəti, həmçinin Fransua Bayrunun ilin sonuna qədər baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Respondentlərin 86 faizi əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş nazir təyin etməli olacaq.
Sorğu yanvarın 2-3-də keçirilib və 1005 nəfər iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə