Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu çəkilir

Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.

Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.

“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə