Qətər Hava Yolları (Qatar Airways) 7 yanvar 2025-ci ildən etibarən Dəməşq Beynəlxalq Hava Limanına həftədə üç uçuş həyata keçirəcəyini elan edib.
SİA-nın məlumatına görə, bu qərar regional əlaqələri gücləndirmək və sərnişin tələblərini qarşılamaq məqsədini daşıyır.
Uçuşlardan əvvəl təhlükəsizlik və əməliyyat standartlarının təmin olunması üçün müvafiq orqanlarla əməkdaşlıq aparıldığı bildirilib.
“Qatar Airways Group”un baş direktoru Bədr Məhəmməd əl-Mir Suriyanın paytaxtı Dəməşqə uçuşlara yenidən başlamalarının məmnuniyyət doğurduğunu ifadə edib.
Qeyd edək ki, Qətərin Dəməşq səfirliyi 21 dekabr 2024-cü ildə yenidən açılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə