Bu ölkələrin XİN rəhbərləri Suriyaya gözlənilməz səfər etdi

Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barro elan olunmamış səfərlə Suriyaya gediblər. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici əlaqələr idarələrinin rəhbərlərinin Dəməşqdə yeni hökumətin nümayəndələri ilə danışıqları planlaşdırılıb. Bundan əlavə, Berbok və Barro vətəndaşlarla görüş keçirmək niyyətindədirlər. Səfərin Avropa İttifaqı adından həyata keçirildiyi dəqiqləşdirilir.

Qeyd edək ki, Bəşər Əsəd devrildikdən sonra Berbok və Barro Suriyaya səfər edən ilk Avropa xarici işlər nazirləri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə