"AirBaltic” aviaşirkəti 2025-ci ilin yay mövsümü üçün 19 marşrut üzrə uçuşları ləğv edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, mühərrik istehsalçısının texniki xidmətlə bağlı öhdəliklərini vaxtında yerinə yetirməməsi aviaşirkətin "Airbus A220-300” təyyarə parkının iş qabiliyyətinə təsir göstərib və bu da onu yay mövsümünün cədvəlinə dəyişikliklər etməyə vadar edib. Şirkət 19 marşrut üzrə uçuşların ləğvi ilə yanaşı, müxtəlif bazalarında 21 marşrut üzrə uçuş tezliyini də azaltmağı düşündüyünü bildirib.
Qərara əsasən ümumilikdə 4670 reys ləğv ediləcək ki, bu da təxminən 67160 sərnişinə təsir edəcək.
Xatırladaq ki, "AirBaltic” Riqa, Tallin, Vilnüs, Tampere və mövsümi olaraq Qran-Kanariyadan 130-dan çox marşruta xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə