"Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarənin registratorları şifrənin açılması üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərilib". SİA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ana Tili” qəzetinə müsahibəsində danışıb.
Dövlət başçısının sözlərinə görə, fövqəladə vəziyyətin səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb, 17 beynəlxalq ekspert, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Dövlətlərarası Aviasiya Komitəsi (IAC) dəvət olunub. “Komissiya uçuş qeydlərini deşifrə etmək üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərmək qərarına gəldi. Əminəm ki, bu, istintaqın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Tokayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə