Zelenski ikinci prezidentlik müddətinə namizəd olub-olmayacağını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci müddətə namizəd olmaq niyyətində olub-olmaması ilə bağlı sualı cavablayıb. SİA xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. “Bu müharibənin necə bitəcəyini bilmirəm: əgər bacardığımdan çox iş görsəm, ona daha müsbət baxacağam”, - Zelenski deyib. O, rus qoşunlarının şərqdə irəlilədiyini deyib və əlavə edib ki, yanvar ayında cəbhədə sabitlik əldə etməyi qarşısına məqsəd qoyub. Bununla belə, Ukrayna lideri etiraf edib ki, bu, çox çətindir.

Bütün xəbərlər Facebook səhifəmizdə