Mərakeşdə 50 ildə ilk dəfə qar yağıb. SİA xəbər verir ki, Mərakeşin Milli Meteorologiya Mərkəzi səhra ərazisi üçün qeyri-adi hava şəraitini Şimali Avropadan əhəmiyyətli dərəcədə soyuq hava axını ilə əlaqələndirir. Qar yağması ölkənin cənub və cənub-şərqində yerləşən bir neçə əyaləti əhatə edib, bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 35-40 santimetrə çatıb. Dağlıq ərazilərdə havanın temperaturu -5 dərəcəyədək enib.
Bütün xəbərlər Facebook səhifəmizdə