İsrail ordusu "Hizbullah" mövqelərinə zərbələr endirdi

İsrail ordusu (IDF) cümə axşamı Livanın cənubuna hava zərbələri endirdiyini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri xəbər verib.

İsrail ordusu qeyd edib ki, zərbələr "Hizbullah" döyüşçülərinin raketlər buraxdığı hədəflərə endirilib.

İsrail ordusu əlavə edib ki, atəşkəs razılaşması çərçivəsində Livan ordusuna “İsrailin arxa cəbhəsi üçün təhlükə yaradan” bu mövqeləri zərərsizləşdirmək üçün sorğu göndərib. İsrail ordusu zərbələri yalnız Livan hökumət qüvvələrinin tələbi yerinə yetirmədikdən sonra həyata keçirdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə