...Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada dərhal atəşkəsin tərəfdarıdır.
SİA-nın məlumatına görə, onun sözlərini TASS sitat gətirir. Diplomat bu mövzuda belçikalı həmkarı Bernard Kventinlə danışıqlardan sonra Ankarada keçirdiyi mətbuat konfransında danışıb.
Onun fikrincə, münaqişəyə ən qısa zamanda son qoyulmalı, onun yaratdığı miqrasiya, iqtisadi və digər böhranlar aradan qaldırılmalıdır.
Fidan Suriya mövzusuna da toxunub. O, ümid edir ki, respublika xalqı “öz gələcəyini mümkün qədər tez quracaq”.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker sülh sazişinin mümkün detallarını açıqlamışdı.
O, etiraf edib ki, Kiyev sülh sazişi bağlayarkən itirilmiş ərazilər uğrunda döyüşməyə cəhd etməmək məcburiyyətində qala bilər.
Daha əvvəl Fidan etiraf etmişdi ki, Ukrayna münaqişəsi nüvə silahından istifadəyə gətirib çıxara bilər.
Onun sözlərinə görə, Ankara müvafiq əlamətlər görür. Eyni zamanda, Türkiyə tərəfi Ukraynadakı münaqişənin sona çatması üçün hər cür səy göstərəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə