İranın İtaliyadakı səfiri Məhəmməd Rza Sabouri Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə çağırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfirlə görüşdə italiyalı jurnalist Sesiliya Salanın dekabrın 19-dan İranda həbs olunması ilə bağlı ölkə rəhbərliyinin narahatlığı ifadə edilib, onun dərhal azad olunmasının zəruriliyi vurğulanıb.
İtaliyalı jurnalistin həbsi ilə bağlı İtaliya Nazirlər Şurasında Baş nazir Ciorcia Meloni, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, ədliyyə naziri Karlo Nordio və kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da İranda həbs edilən italiyalı jurnalistin dərhal azadlığa buraxılmasının vacibliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə