Britaniyanın "The Sun" tabloidi Rusiyaya sığınan Suriyanın keçmiş diktatoru Bəşər Əsədin həyatına qəsd edildiyini iddia edib.
SİA-nın məlumatına görə, 59 yaşlı qaçaq diktatora evdə kömək göstərilib.
Dekabrın 30-da Əsədin öskürməyə və boğulmağa başladığı iddia edilir. Nəşrin məlumatına görə, yoxlamalar zamanı zəhərlənmə aşkarlanıb.
Bu məlumat nə rəsmi, nə də qeyri-rəsmi təsdiqini tapmayıb. Bundan əvvəl Suriyanın keçmiş lideri Əsma Əsədin xərçəng xəstəliyindən əziyyət çəkdiyi həyat yoldaşının ərindən boşanaraq doğma olduğu Londona köçmək niyyətində olduğu bildirilirdi.
Rusiyanın rəsmi mənbələri bu məlumatı təkzib edib. Bununla belə, Britaniya mediası daha sonra Əsmanın Britaniya sənədlərinin köhnəldiyi üçün Böyük Britaniyaya girişinə rəsmi icazə verilmədiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə