Son bir həftədə 49 terrorçu zərərsizləşdirilib

Son bir həftədə 49 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin son bir həftə ərzində həyata keçirdiyi terror əməliyyatlarında 49 terrorçu zərərsizləşdirilib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat konfransında deyilib.

Məlumata görə, ötən ilin yanvarın 1-dən bu yana zərərsizləşdirilən terrorçuların sayı 3 min 70-a yüksəlib.

Son bir həftədə sərhədi qeyri-qanuni keçməyə cəhd edən 109 nəfərin yaxalandığı məlum olub.

İlin əvvəlindən sərhədləri qanunsuz keçməyə cəhd edərkən tutulanların sayı 13 min 939-ə, saxlanılanların sayı isə 97 min 356-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə