İraq “yaşıl iqtisadiyyatı” dəstəkləmək üçün “karbon izi”ni hesablamağı planlaşdırır. SİA “Bağdadiyyun” qəzetinə istinadla xəbər verir ki, ölkə qlobal karbon bazarlarına daxil olmaq üçün bir sıra addımlar atıb. Bu məqsədlə Karbon İqtisadiyyatı Şirkəti təsis edib. Eyni zamanda Səudiyyə Ərəbistanı və BƏƏ-nin bu sahədə təcrübəsini öyrənməyə başlayıb.
“Karbon izi” insanların həyat tərzindən qaynaqlanan və atmosferə buraxılan karbon qazının miqdarını göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə