Monteneqronun cənubundakı Çetinye şəhərində silahlı insident nəticəsində azı 7 nəfər həlak olub. SİA xəbər verir ki, təhlükəsizlik qüvvələrinin məlumatına görə, 45 yaşlı kişi şəhərin Bayitse bölgəsindəki əyləncə məkanında odlu silahdan istifadə edərək bir neçə nəfəri qətlə yetirib. O, binanı silahlı şəkildə tərk edib və hadisə yerindən qaçıb. İnsident nəticəsində iki azyaşlı olmaqla 7 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Təhlükəsizlik qüvvələri həmin şəxsin axtarışlarını davam etdirir. Polis vətəndaşları sakit olmağa və evdə qalmağa çağırıb.
İnsidentin silahlı şəxsin əyləncə məkanın sahibi ilə şəxsi mübahisəsi zəminində baş verdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə