Ukrayna hakimiyyəti Xarkov vilayətinin 11 min sakinini təxliyə edib

...Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Ukrayna hakimiyyəti tərəfindən bölgənin 11 minə yaxın sakini təxliyə edilib.

SİA bunu TASS-a istinadən xəbər verir.

Son bir neçə ay ərzində Kupyansk və ən yaxın yaşayış məntəqələrindən insanlar təxliyə edilib.

Eyni zamanda, Sinequbov aydınlaşdırıb ki, son vaxtlar evakuasiya tempi xeyli azalıb.

Siyasətçi əlavə edib ki, əvvəlcə uşaqlı ailələr çıxarılır. Dekabrın əvvəlində Sinequbov Xarkov vilayətində 344 yaşayış məntəqəsinin sakinlərinin təxliyə edildiyini bildirmişdi.

Onun sözlərinə görə, söhbət əslində döyüş xəttinin 1,5 kilometr aralıda olduğu cəbhəyanı kənd və şəhərlərdən gedir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə