Rusiya qoşunları Odessa vilayətinin Belqorod-Dnestr rayonuna qanadlı raketlə hücum edib, bir nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının sədri Oleq Kiper məlumat yayıb. “Gün ərzində rus terrorçular qanadlı raketlə Belqorod-Dnestr bölgəsinə hücum ediblər. Düşmənin atəşə tutması nəticəsində aqroşirkətin inzibati binasına ziyan dəyib, bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə