Milanda küçədə siqaret çəkmək qadağan edilib

İtaliyanın dəb və maliyyə paytaxtı sayılan Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib. SİA xəbər verir ki, 2020-ci ildə qəbul edilmiş qərar yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, bütün ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkmək qadağandır. Qərarda məqsəd havanın keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Qərarda 2 istisna mövcuddur: Milanda yalnız xüsusi ayrılmış ərazilərdə, insanlar arasında minimum 10 metr məsafə gözlənilməklə siqaret çəkmək mümkündür. Elektron siqaretə isə əhalinin kütləvi toplaşdığı yerlər xaricində icazə verilir.

Qanunu pozanları 40-240 avro arası cərimə gözləyir.

İtaliya Avropada ən çox siqaret çəkilən ölkələrdəndir. Hər 5 italiyalıdan biri siqaret çəkir. Rəsmi statistikaya görə, 2023-cü ildə 93 000 italiyalı siqaretin səbəb olduğu xəstəlikdən ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə