Dünyanın əksər ölkələri artıq 2025-ci ili qarşılayıb. SİA xəbər verir ki, Yer planetində bütün ölkələrin 2025-ci ilə daxil olması təxminən 1 gün çəkəcək. Buna səbəb saat qurşaqları fərqidir.
2025-ci ili ilk qarşılayan yeni Zelandiyanın Oklend şəhəri olub. Bu ölkəyə yeni il Azərbaycandan 9 saat əvvəl gəlib. Keçmiş SSRİ məkanında isə yeni ili ilk qarşılayanlar Rusiyanın Kamçatka vilayətinin sakinləri olub.
2025-ci ili ən gec qarşılayanlar isə Samoa vətəndaşları olacaq. Sakit okeanda yerləşən bu ada dövlətinin Qrinviçlə zaman fərqi 9 saatdır. ABŞ-ın Sakit okeanda yerləşən 2 məskunlaşmamış adası da Yeni ili ən son qarşılayanlar arasında yer alır.
Antarktidada isə bütün saat qurşaqları mövcud olduğu üçün hər stansiya Yeni ilə yerləşdiyi qurşağa görə qədəm basacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə