Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün müraciət sıfıra enib

...Yanvarın 1-də Rusiyadan Ukrayna ərazisindən qaz tranziti üçün müraciətlər sıfıra enib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu, "Ukraynanın GTS Operatoru"nun məlumatlarından irəli gəlir.

Agentliyin qeyd etdiyi kimi, operatorun sənədinə əsasən, müqavilə çərçivəsində çatdırılmalar yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-da dayandırılır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, yeni ilə bir neçə gün qalmış Ukrayna ərazisindən qaz tranziti ilə bağlı müqavilə bağlamaq artıq mümkün olmayacaq. Ukraynanın baş naziri Denis Şmıqal Rusiya qazının tranzitinin 2025-ci il yanvarın 1-i səhər saatlarında dayandırılacağını təsdiqləyib.

O xatırladıb ki, nə “Naftoqaz”, nə də Ukraynanın GTS operatoru “Qazprom”la uzunmüddətli müqavilənin uzadılmasında maraqlı deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə