Yeni il gecəsi Yer kürəsində güclü maqnit qasırğası baş verə bilər. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasına istinadən məlumat yayıb.
Proqnoza görə, dekabrın 31-i səhər saatlarında zəif maqnit qasırğasının olması ehtimalı var. Günorta qasırğanın G3-ə qədər arta biləcəyi gözlənilir. Axşama doğru isə maqnit qasırğası zəifləyəcək və 2025-ci il yanvarın 1-i səhərə qədər Yerin maqnitosferi tamamilə sakitləşəcək.
Eyni zamanda, dekabrın 31-də maqnit qasırğasının baş vermə ehtimalı 15 faiz, güclü maqnit qasırğasının başvermə ehtimalı isə 25 faiz təşkil edir. Yanvarın 1-də bu göstərici müvafiq olaraq 40 və 25 faizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə