...2025-ci il yanvarın 1-dən ukraynalılar qaz tariflərində 305 faiz artımla üzləşəcəklər.
SİA xəbər verir ki, bu barədə bazar ertəsi, dekabrın 30-da UNIAN agentliyi məlumat yayıb.
...Və beləliklə, 2025-ci il yanvarın 1-dən yerli istehlakçılar üçün qazın nəqli tarifləri 4 dəfə artacaq. Hesabatda deyilir ki, artım Rusiya qazının tranzitinin dayandırılması ilə əlaqədar Ukraynanın qaz nəqli sistemi operatorunun gəlirinin əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır.
Ukraynanın qaz nəqli şirkətinin baş direktoru Dmitri Lippa qeyd edib ki, bu tədbir zərurətə çevrilib.
O, qeyd edib ki, 2024-cü ildə gəlirlərin 85 faizi Rusiyadan qaz nəqlindən, yalnız 15 faizi isə yerli müştərilərdən əldə edilib.
Avqustun sonunda Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkə Rusiya ilə 2024-cü ilin sonunda başa çatacaq qaz tranziti müqaviləsini yeniləməyəcək.
Daha sonra Vladimir Putin bildirib ki, Rusiya Ukrayna üzərindən tranzitdən imtina etmək fikrində deyil və “Qazprom” uzunmüddətli müqavilələr üzrə öhdəliklərini yerinə yetirmək niyyətindədir.
...Slovakiyanın baş naziri Robert Fikonun sözlərinə görə, dekabrın 20-də Zelenski, Qərbin münaqişə bitənə qədər tədarük üçün pul ödəməməsi şərti ilə Rusiya qazının tranzitinə razılıq verib.
Fiko bu təklifi absurd adlandıraraq, heç kimin pulsuz qaz verməyəcəyini, bunun isə tranzit imkanlarını faktiki olaraq aradan qaldıracağını iddia edib.
Bundan sonra, dekabrın 28-də Ukraynanın energetika naziri Qerman Qaluşenko Fikonun elektrik enerjisini kəsməklə hədələməsi ilə bağlı Avropa İttifaqına müraciət edərək, Slovakiyanın elektrik enerjisini digər qonşulardan gələn təchizatla əvəz etməyə hazır olduğunu bəyan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə