ABŞ Ukraynaya daha 3,4 milyard dollarlıq büdcə yardımı ayırmağı öhdəsinə götürüb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen deyib.
Rəsminin sözlərinə görə, vəsait Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə razılaşdırılaraq ayrılacaq. ...Bizim birbaşa büdcə dəstəyimiz hüquq-mühafizə orqanlarının gücləndirilməsi, dövlət qurumlarının daha şəffaf və səmərəli olması, antikorrupsiya siyasət və prosedurlarının gücləndirilməsi istiqamətində islahatlardan asılı olaraq davam edir.
Bunu deyən Yellen əlavə edib ki, bu tranş 2024-cü ildə Ukraynanın təhlükəsizliyi üçün əlavə vəsait ayrılması haqqında qanuna uyğun olaraq sonuncu tranş olacaq.
Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Cozef Bayden Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün daha 2,5 milyard dollar hərbi yardım ayırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə