İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 45 min 541-ə yüksəlib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qəzza üçün Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 451 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda törətdiyi 3 qırğında 27 adam həyatını itirib, 149 nəfər yaralanıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 45 min 541, yaralılar isə 108 min 338-ə yüksəlib. Həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlər var ki, İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçiləri cəsədlərə yaxınlaşa bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə